Messi: “Arda Turan qeyri-adi futbolçudur”  

0
707

Arda Turan böyük keyfiyyətə sahib qeyri-adi futbolçudur.

Teleqraf.com xəbər verir ki, bu sözləri İspaniyanın “Marca” qəzetinə müsahibəsində “Barselona”nın ulduz futbolçusu Lionel Messi deyib.

O, Türkiyədə çox tənqid edilən futbolçunun oynamaq şansı verilərkən işinin öhdəsindən yaxşı gəldiyini, lakin bəxtinin gətirmədiyini deyib:

“Sadəcə, onun hər futbolçunun ehtiyac duyduğu güvəni qazanmaqda bəxti gətirmədi. O, “Atletiko Madrid“də “Barselona”dan fərqli olaraq hər həftə, üstəlik də başqa mövqedə oynayırdı. Hər həftə oynamaqla, arada-bir oynamaq eyni deyil. Bu, çox çətindir.

Ona görə Arda “Barselona”dan getmək haqda düşünə bilər. Hamımız görürdük ki, Ardaya oynamaq şansı veriləndə işinin öhdəsindən layiqincə gələ bilirdi”.

Qeyd edək ki, “Barsa”ya yeni məşqçi gələndən sonra Arda Turan bircə oyun da meydana buraxılmayıb.

BIR CAVAB BURAXIN