Messi 2018-ci ildə “Barselona”nı tərk edə bilər

0
562

Messi 2018-ci ildə “Barselona”nı tərk edə bilər

 

Futbol üzrə Argentina yığmasının və İspaniyanın “Barselona” komandasının hücumçusu Lionel Messi ölkəsinin Amerika kubokunda uğursuzluğundan sonra hələ də özünə gələ bilməyib. Bununla bağlı Messi futbol karyerasını yenidən nəzərdən keçirmək, gələcək planlarında dəyişiklik etmək niyyətindədir. Bu barədə məlumat verən “Sport.es” saytı Caden Cope radiostansiyasına istinadən Messinin 2018-ci ildə “Barselona”dan ayrıla biləcəyini yazıb. Buna səbəb isə vergidən yayınmaya görə, İspaniya məhkəməsi tərəfindən Messiyə və atası Xorxe Orasioya qarşı cinayət işinin qaldırılmasıdır. Qərara əsasən Messi və atası vergidən yayınmaya görə 21 ayvhəbs cəzasına məhkum edilib. Lakin ata Orasio bütün gunahı öz boynuna alaraq oğlunun sənədləri oxumadan imzaladığını bildirib. Məhkəmə qərarına əsasən həmçinin Messi 2, atası isə1,5milyon avro cərimə ödəməlidir. Lakin İspaniya qanunlarına əsasən Messi və atası həbs cəzalarını şərti olaraq azadlıqda qalmaqla da çəkə bilərlər. Bütün bunlar isə Messinin İspaniyadan incik düşməsinə gətirib çıxaıb. “Sport.es”in yazdığına görə Messi məhz bu səbədən anlaşma müddəi başa çatandan sonra “Barselona”dan ayrılmağı planlaşdırıb.

BIR CAVAB BURAXIN