Melania Trump Britaniya qəzetini məhkəməyə verib

0
428

Michelle Obama və Melania Trump

Michelle Obama və Melania Trump

ABŞ prezidenti Donald Trampın xanımı Melania Tramp Britaniya qəzetini deffamasiyada ittiham edərək məhkəməyə verib.

Birinci ledi iddia edir ki, qəzetin böhtan xarakterli yazısı onu geyim, ayaqqabı, zinət əşyaları və ətir brendi yaratmaq imkanından məhrum edib.

D. Trampın xanımının sözlərinə görə, onun “genişmiqyaslı çoxməhsullu kommersiya brendi yaratmaq üçün unikal, həyatda bir dəfə olan imkanı” peyda olub.Melania Tramp iddia edir ki, o, “geyim, aksessuar, ayaqqabı, zinət əşyaları, kosmetika, saça və dəriyə qulluq məhsulları, ətir” sata bilə

“PEŞƏKAR STANDARTLARIN POZULMASIDIR”

Birinci ledinin məhkəmə iddiası Merilend məhkəməsi tərəfindən rədd edildikdən sonra Menhettendəki ştat məhkəməsinə təqdim edilib. Məhkəmə şikayəti prezident Donald Trump və ailəsinin dövlət qulluğu ilə kommersiya imkanlarını qarışdırmağın etik münaqişə yaratdığını anlayıb-anlamamasına dair suallara yol açıb.

“İddiadan aydın olur ki, o, Birinci Ledi vəzifəsindən istədiyi qədər pul qazana bilmədiyinə görə özünü zərərçəkmiş sayır. Prezidentin öz arvadına onun vəzifəsindən yararlanaraq maliyyə qazancı əldə etməyə imkan verməsi federal işçilərin peşəkar standartlarının kobud pozulmasıdır”, – prezident George W. Bush administrasiyasında Ağ Evin etika müşaviri olmuş Richard Painter deyir.

Melania Tramp-ın hüquqşünaslarından biri keçmiş modelin özünün indiki rolunu pula satmağa çalışmasına dair iddianı rədd edib. “Birinci Ledinin öz vəzifəsindən qazanc məqsədi ilə yararlanmaq niyyəti yoxdur və olmayacaq”, – deyə vəkil Matthew Blackett bildirib.

Əksər etika ekspertləri, o cümlədən federal hökumətdə belə halları monitorinq edən qurum bəyan edib ki, prezident öz bizneslərindən əl çəkməlidir. Buna cavab olaraq, Tramp öz şirkətinin, Tramp Organization-ın idarəçiliyini iki böyük oğluna ötürərək prezidentlik müddətində heç bir xarici sövdələşməyə getməyəcəyini bildirib. Prezident deyib ki, bundan artığını etməyə onun heç bir hüquqi və əxlaqi məcburiyyəti yoxdur.

TƏKZİB DƏRC EDİBLƏR

Yanvarda Ağ Evə gəlmiş ziyarətçilərə bildirilib ki, Melania Tramp-ın istehsal etdiyi zinət əşyaları QVC Inc.-də satışdadır. Ancaq məsələ ictimailəşəndən sonra QVC Inc. bu məlumatı öz səhifəsindən yığışdırıb.

 

Melania Tramp-ın iddiasında deyilir ki, qəzetin saytı onun 1990-cı illərdəki model karyerasının “elit fahişə”liyini ört-basdır etmək vasitəsi olduğunu yazıb.

Mail Media Inc.-dən öncə bunu bir Sloveniya jurnalı da yazıbmış. Melania Trump-ın Merilend məhkəməsinə müraciətindən sonra sayt və Webster Tarpley adlı bloqqer təkzib dərc ediblər.

Hakim bildirib ki, Melania Tramp-ın qəzeti Merilenddə məhkəməyə verməyə ixtiyarı yoxdur, ancaq Tarpley bu ştatda yaşadığına görə şikayətin həmin hissəsinə baxıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × three =