Yer kürəsini yaxın vaxtlarda güclü maqnit qasırğaları cənginə alacaq.
Bu barədə Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Günəşin rentgen astronomiyası laboratoriyası informasiya yayıb.
İlk olaraq iyunun birində zəif maqnit qasırğaları Yer kürəsinə çatacaq, daha sonra – növbəti gün qasırğaların gücü G2 səviyyəsinə qədər yüksələcək.
3 gün ərzində – 3, 4 və 5 iyun tarixlərində maqnit dalğaları hiss ediləcək.
Tibb işçiləri bu günlərdə sağlamlığınıza qarşı maksimum diqqətli olmağı məsləhət görürlər, çünki maqnit sahəsi reaksiya sürətinə və ürək-damar sisteminin işinə təsir göstərir. İnsanlar bu günlərdə ürəklərində ağrı, zəiflik və miqren kimi xəstəlikləri hiss edə bilərlər.
Maqnit qasırğalarının bədənə təsirini azaltmaq üçün spirtli içkilərdən və ağır yeməklərdən imtina etməli, tez-tez gəzintiyə getməli, daha çox su içməli, ağır fiziki əməkdən çəkinməli və həmişəkindən daha erkən saatda yatmalısınız.(axar.az)