Mal ətinin ardınca toyuq əti də bahalaşdı: qiyməti kimlər qaldırır?

0
696
 

Mal və qoyun ətinin bahalaşmasının ardından quş ətinin də qiyməti qalxıb. Bahalaşma yerindən asılı olaraq, 20 qəpik ilə 1 manat 50 qəpik arasındadır. Bəs bahalaşmanın səbəbi nədir, və nə vaxtadək davam edəcək?

Satıcıların sözlərinə görə bahalaşma son günlər qeydə alınıb. Özü də toyuq ətinin bahalaşması mağazalarla bazarlarda fərqlidir. Belə ki, mağzalarda bahalaşma 20-50 qəpik arasında dəyişirsə, bazarlarda artım 1 manatdan yuxarıdır. Satıcılar qiymətlərin quş əti istehsalçıları tərəfindən qaldırıldığını iddia edirlər. Onların fikrincə, bayramla əlaqədar bahalaşma davam edəcək.

Broyler firmalarını birləşdirən Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə qiymətlərin qalxmasına görə satış mərkəzlərini ittiham edir. Onun sözlərinə görə, toyuq ətinin qiyməti mağaza rəhbərləri tərəfindən süni yolla artırılıb. Məhsulun arxasındakı məlumat kağızı mağazada vurulduğundan qiyməti də onlar təyin edirlər. Toyuq məhsulunun topdansatış qiymətində heç bir qiymət artımından söhbət gedə bilməz.

BIR CAVAB BURAXIN