MAHMUDOVÇU BANDA ƏKS-HÜCUMDA! – Gizli səs yazıları və fotolar yayılır!

0
368

 

Ötən ilin oktyabrında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) şefi Eldar Mahmudov və ətrafı vəzifələrindən azad olunduqdan sonra dəhşətli faktlar üzə çıxdı.

Məlum oldu ki, Mahmudovun MTN-də formalaşdırdığı “General bandası” və onların nəzarətində olanlar ölkə miqyasında total şəkildə cinayətlərlə məşğul olublar. Təzyiq mexanizmləri, işgəncə, hədə-qorxu və şantajla vəzifəli şəxslərin, iş adamlarının pulunu, əmlakını alıb, bəzilərini müflis edib, hətta intihara məcbur buraxıblar.

Bununla da kifayətlənməyib, ölkə rəhbərliyində, mühüm vəzifələrdə olan şəxsləri, onların yaxlınlarını öz məqsədləri üçün dinləyiblər. Bu dinləmə zamanı əldə etdikləri məlumatları haralarasa servis etdikləri, yoxsa kompromat kimi saxladıqları haqda hər hansı dəqiq bilgi yoxdur.

Ancaq ilk günlər MTN rəhbərliyində aparılan həbslərin davamının olmamasını, bu qədər ağır, dövləti cinayət faktları aşkarlandığı halda cəmi 21 nəfərin həbsə alınmasını bu materiallarla bağlayanlar da var. Elə Eldar Mahmudovun özünün həbs olunmaması, ev dustağına çevrilməsi də bu faktorla bağlanır.

Məsələn, deputat Zahid Oruc son açıqlamalarından birində buna açıq işarə vurub: “Eldar Mahmudovun ətrafındakı keçmişdən gələn qüvvələr hansısa formada ona məlumat sızdırmala məşğuldurlar. Kimsə özünün təhlükəsizliyini təmin etmək üçün HARDASA ŞİFRƏLİ MƏLUMATLAR YERLƏŞDİRİB VƏ BU VASİTƏ İLƏ ÖZÜNÜ QORUYUR. Müxtəlif nazirliklər, orqanlar, dövlətin elitasını özünü müdafiəyə vadar edərkən belə metod əsas iş prinsipi olub. Düşünüblər ki, adamlar hamısı özlərini qorumaqla məşğul olacaq və Eldar Mahmudovun mənəvi, hüquqi, siyasi hakimiyyəti onlar üzərində bərqərar olacaq.
Ehtimal edirəm ki, keçmiş MTN şefinin ətrafında olanların və özünün məşğul olduğu cinayətlərin aşkarlanmaması üçün belə bir yol seçilib…”

Özünü sığortalamaq, uzunmüddətli həbslərdən qorunmaq üşün belə materialların yalnız Mahmudovda deyil, MTN-nin sabiq rəhbərliyində təmsil olunan, məlum “çetəyə” üzv bir çox şəxsdə olduğu da istisna edilmir. Elə bu məlumatların zaman-zaman dövriyyəyə buraxılacağı da…

45470adf

Necə ki, artıq belə məlumatlar dövriyyədə görünməkdədir. Söhbət nüfuzlu generalın məşhur qohumunun gizli yazılmış telefon və digər danışıqlarının, fotolarının internet üzərindən ictimailəşdirilməsindən gedir. “AzPolitika.info”nun elektron poçtuna “MTN-in serverindən oğurlanmış 250 gb informasiyanın içindən” qeydi ilə göndərilmiş həmin səs yazılarında, ölkənin bir sıra tanınmış şəxsləri, iri məmur və nazirlərinin ünvanına çox ağır ifadələr, söyüşlər işlədilir.

Eyni zamanda həmin şəxsin gizli yazılmış danışıqları fonunda fotoları da paylaşılır.

Bu faktlar sözügedən şəxsin uzun müddət xüsusi xidmət tərəfindən dinlənildiyini və izlənildiyini göstərir. Onunla bağlı məlumatların bir hissəsinin (ardının olacağı anons olunur-müəl.) dövriyyəyə buraxılmasının məqsədini dəqiq söyləmək çətin olsa da, 2 ehtimal üzərində dayanmaq olar.

Birincisi, bununla keçmiş MTN rəhbərliyində təmsil olunan şəxslər əllərində hər kəs barədə kompromat olduğunu nümayiş etdirir, oliqarxlara, vəzifəli şəxslərə bunları yaya biləcəkləri ilə bağlı xəbərdarlıq edirlər.

İkincisi, bir oliqarxın yaxın qohumunun digərləri barədə ağır söyüşlər işlədən səs yazılarını dövriyyəyə buraxmaqla, klanlar arasında konflikt yaratmaq və diqqəti öz üzərlərindən yayındırmaq istəyirlər.

Eyni vaxtda hər iki məqsədi güddükləri, başqa amaclarının olduğu da istisna deyil. Hər halda bu cür xəbərdarlıqların MTN-dəki bandaya qarşı ifadə verən vəzifəli şəxsləri çəkindirəcəyi şübhə doğurmur.

Təsadüfü deyil ki, Eldar Mahmudova xərac verən vəzifəli şəxslərin (məsələn, Tağı Əhmədovun, Əhməd Əhmədzadənin və başqalarının) bununla bağlı hər hansı iddia irəli sürməkdən imtina etdiyi bildirilir. Bu barədə “Azadlıq” qəzetinə məlumat verən mənbənin sözlərinə görə, xərac verən məmurların bir çoxu bu faktları danmaq yolunu tutub: “Onlar Eldar Mahmudov və dəstəsindən ehtiyat edirlər. Ehtimal olunur ki, şəbəkədə bu məmurlar haqqında ciddi kompromatlar var. Məmurlar da həmin kompromatların şəbəkə tərəfindən hansısa formada mediaya ötürülə biləcəyindən ehtiyat edirlər. Hər halda Eldar Mahmudov həbsdə deyil və onun kənarda əlaqələri hələ də var. Onun həbs olunmamasının səbəbi də elə budur”.

Qüdrətli oliqarxlardan birinin yaxın qohumunun səs yazılarının və şəkillərinin yayılması MTN-dəki bandaya qarşı xərac vermiş məmurların niyə susmağa üstünlük verdiyini başa düşməyə imkan verir. Onlar barədə necə şok kompromatlar yayıla bilər, bir Allah bilir, bir də Eldar Mahmudov!
AzPolitika.info

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

6 − 4 =