Bred Pittdən boşanmağa qərar verən Ancelina Coli bir çox məşhurların seçdiyi vəkil – Laura Vasseriyə müraciət edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 48 yaşlı amerikalı vəkil Vasser bu günə qədər bir çox ulduzların boşanma prosesini həyata keçirib. “Ən güclü 100 vəkil” siyahılarına daxil olan Laura eyni zamanda 2012-2016 illərdə Kaliforniyanın “Ən yaxşı 50 qadın vəkili” reytinqində də yer alıb.

“Bloomberg Businessweek”-in xəbərə görə, Vasser şəxsi sərvəti 10 milyon dollardan aşağı olan müvəkkillərlə işləməyə o qədər də üstünlük vermir. Boşanma işlərində ixtisaslaşan Laura avans olaraq 25 min dollar alır. Saatlıq əmək haqqı isə 850 dollardır.
Yeri gəlmişkən, Ancelina ilə Bredin boşanmasından əvvəl Vasser Conni Depp və Amber Herdin boşanma prosesinə baxmışdı.
Vəkilin bu günə qədər boşatdırdığı məşhurların siyahısını təqdim edirik.
Ancelina Coli – Billi Bob Tornton

Skarlet Yohansson – Rayan Reynolds

Britni Spirs – Kevin Federline

Qven Stefani – Gevin Rossdale

Kobi Brayant – Vanessa Brayant

Meqan Foks – Brayan Ostin Qrin

Ben Afflek – Cennifer Qarner

Hillari Daff – Mayk Komrie

Nik Kennon – Meray Keri

Demi Mur – Eşton Kuçer

Çarli Şin – Denis Riçards

Cessika Simpson – Nik Laçey

Kelis – Mea

Kristina Aquilera – Cordan Bratman

Haydi Klum – Seal

Conni Depp – Amber Herd

Ancelina Coli – Bred Pitt

Aytən















