Məxfi: “Ərköyün” şahzadə MOSSAD agenti çıxdı – Şok qətl

0
668

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “ərköyün” adlandırdığı Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Abdullah bin Zeyd 2010-cu ildə HƏMAS liderlərindən birinin öldürülməsi üçün MOSSAD-a informasiya ötürdüyü məlum olub.

Arazinfo.com axar.az-a istinadən xəbər verir ki, “Yeni akit” qəzeti Zeydin ölümünü təşkil etdiyi şəxsin, sürgündə olan və 2010-cu ilin yanvarın 19-da Dubayda qaldığı hoteldə öldürülən Mahmud əl Mabnuh olduğunu yazıb.

Mabnuh damarına zəhər yeridilərək öldürülmüşdü. Hadisədən sonra Dubay polisi hətta təbii ölümlə bağlı bəyanat belə yaymışdı. Qətlin MOSSAD tərəfindən təşkil edildiyi bilinsə də, məlumatı kimin ötürdüyü məsələsi gizli qalmışdı.

Sürgündə olan fələstinlilərin o dövrdə Qətər kimi, Dubaya da rahat gedib-gəldikləri məlumdur. Bu səbəbdən BƏƏ-dən heç bir təhlükə gözləməyən fələstinli liderin ölümü üçün MOSSAD-ın məhz Dubayda hərəkətə keçəcəyi ehtimal edilməyib. İsraillə BƏƏ-nin yaxınlaşmadığı bir dövrdə qətlin arxasında BƏƏ hökumətinin özünün dayandığını görmək isə çox çətin olub.

2012-ci ilin 28 sentyabrında İsrailin Baş naziri Benyamin Netenyahu ilə Abdullah bin Zeyd arasında Nyu Yorkda çox gizli bir görüş baş tutub. Netenyahunun həmin görüşdə Zeydə qətlin təşkilindəki köməyinə görə təşəkkür etdiyi bildirilib.

 

BIR CAVAB BURAXIN