Çərşənbə, İyul 6, 2022
Ev Gündəm Mətanət Əsədova ərə gedir – video

Mətanət Əsədova ərə gedir – video

0
651
Mətanət Əsədova ərə gedir - video
Müğənni Mətanət Əsədova ailə qurmağa hazırlaşır.

Axşam.az-ın məlumatına görə, bu barədə ifaçı “ATV maqazin 10larla” verilişinə açıqlama verib.

Mətanət həyatında sevdiyi birinin olduğunu söyləyib:

“O, məni çox sevir. Mən də başlamışam onu sevməyə. Çox mədəni insandır. Ona hörmətim böyükdür. Bilir ki, mən çılğın müğənniyəm, aramızda qısqanclıq yoxdur”.

Əsədova ərə getməzdən əvvəl çox götür-qoy etdiyini bildirib:

“Sevilən xanımam. Elçilərim də çox olur. Amma mən hər şeyə fikir verirəm. Kişi olanda nə olar. Özünə baxan, təmizkar biri olmalıdır”.

Sənətçi ailə quracağı insanla toy etməyəcəyini də vurğulayıb:

“Toy həyatımda bir dəfə olub. Bu dəfə yığıncaq edəcəm. Mərasim qapalı olacaq və ancaq mənə yaxın dost, tanışımı çağıracam”.

Реклама 14

BIR CAVAB BURAXIN