Yaxınlarının bildirdiyinə görə, psixoloq Dəyanət Rzayev xeyli müddət depressiyada olub. Son bir neçə günü də evində tək keçirib.
İş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildirib. Bu gün axşam saatlarında isə özünü yaşadığı evdə kəmərlə boğub.
Lent.az-ın məlumatına görə, Dəyanət Rzayevin intihar faktını Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən təsdiqləyiblər.
Şöbədən bildirilib ki, D.Rzayevin cəsədi az əvvəl ora gətirilib.