Məşhur “paxlava kralı” həbs olundu

0
688

İstanbul məhkəməsi məşhur şirniyyat şirkətinin prezidenti Faruk Güllüoğluya qarşı Fətullah Gülən terror təşkilatında (FETÖ) və Türkiyənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhddə iştirak etməsi ilə bağlı ittiham irəli sürülüb.

Bu barədə Türkiyə KİV məlumat yayıb. Türkiyə mediasının yazdığına görə, konvoyun nəzarəti altında Faruk Güllüoğlu istintaq təcridxanasından həbsxanaya göndərilib.

Qeyd edək ki, F.Güllüoğlu avqustun 18-də böyük türk şirkətlərinin və firmaların 44 başqa rəhbəri ilə birlikdə saxlanmışdı.

Xatırladaq ki, Güllüoğlularının Türkiyə ilə yanaşı, Bakıda da bir neçə şirniyyat mağazası var. Həmin mağazalar “Faruk Güllüoğlu” adı altında fəaliyyət göstərirlər və Səbail rayonunda İstiqlaliyyət küçəsi, 55B, Nərimanov rayonunda Həsən Əliyev küçəsi, 55 ünvanında yerləşirlər.

Türkiyədə və başqa ölkələrdə “Güllüoğlu” şirkətinin 4 fabriki və 30 şirkəti var.

Virtualaz.org

BIR CAVAB BURAXIN