Məşhur hərəkatçı və keçmiş jurnalist bıçaqlanıb

0
296

Tanınmış hərəkatçı və keçmiş jurnalist Fərəməz Novruzoğlu (Allahverdiyev) gecə saatlarında “Gənclik” metrostansiyası yaxınlığında işlətdiyi mağazada naməlum şəxs(lər) tərəfindən bıçaqlanıb.

Bu barədə Strateq.az-a Fərəməz Allahverdiyevin oğlu Elçibəy Türkelli məlumat verib. Elçibəy bildirib ki, atasını yaralı halda ərazidə xidmət aparan polis əməkdaşları 1 saylı Şəhər Klinik Xəstəxanasına (keçmiş Semaşko adına xəstəxana) gətiriblər və əməliyyat olunub.

Son məlumata görə, Fərəməz Novruzoğluna iki bıçaq zərbəsi vurulub: zərbələrdən biri qolunu kəsib, digəri isə böyrək nahiyyəsini kürəyi istiqamətində parçalayaraq daxili orqanlarını zədələyib.

Əməliyyatı həyata keçirən həkim Strateq.az-a bildirib ki, böyrəyindən vurulan bıçaq zərbəsi xeyli dərinə işləsə də, artıq Fərəməz Novruzoğlunun həyatına olan təhlükə aradan qaldırılıb və ciddi həkim nəzarətinə alınıb…

Xatırladaq ki, Fərəməz Novruzoğlu Azərbaycan Milli Azadlıq Hərəkatının ən məşhur isimlərindən sayılır və bu fəaliyyətinə görə o vaxt SSRİ DTK-sı tərəfindən həbs edilərək, məşhur “Lefortovo” həbsxanasında saxlanılan bir neçə azərbaycanlıdan biridir.

Fərəməz Novruzoğlu siyasi fəaliyyətinə və mətbuatdakı yazılarına görə Azərbaycanda müstəqillik illərində də dəfələrlə məhkum həyatı yaşamalı olub. Sonuncu dəfə o, 2013-cü ildə həbs olunub, ancaq 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilib.

Azadlığa çıxdıqdan sonra Fərəməz Novruzoğlu siyasi və mətbu fəaliyyətinə son qoyaraq, “Gənclik” metrostansiyasına yaxın ərazidə ərzaq mağazasında satıcı işləməyə başlamışdı…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × two =