Mərdəkanda iki bacını maşın vurdu

0
593
 

Bakının Xəzər rayonu ərazisində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” bildirir ki, Mərdəkan qəsəbəsində yolu keçmək istəyən iki bacı – 1991-ci il təvəllüdlü Əliyeva Zülfiyyə Hacıağa qızı və 1994-cü il təvəllüdlü Əliyeva Gülnaz Hacıağa qızı naməlum maşın tərəfindən vurulub.

Qəzanı minik avtomobili törədib. Yaralılar “təcili yardım” vasitəsi ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü axtarırlar.

BIR CAVAB BURAXIN