Qərb Rusiyanın məxfi sənədlərini ələ keçirdi

0
455

Rusiyada hipersəs raketi məlumatlarının Qərb xüsusi xidmət orqanlarına satılması ilə bağlı araşdırma başladılıb.

 

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Mərkəzi Maşınqayırma Elmi-Araşdırma İnstitutunda (MMEAİ) axtarışlara başlayıb.

 

Nəşrin məlumatına görə, informasiya sızmaları Birləşmiş Raket-Kosmik Korporasiyasının (BRKK) əməkdaşı ilə bağlıdır.

Belə ki, BRKK-nın Araşdırma və Analiz Mərkəzinin direktoru Dimitri Payson məlumatları qərb kəşfiyyatına satmaqda şübhəli bilinir.

 

“İnformasiya sızmasının Dimtri Paysonun sıx əlaqə saxladığı Mərkəzi Maşınqayırma Elmi-Araşdırma İnstitutunun əməkdaşları ilə bağlı olduğu müəyyən olunub” – nəşrin informasiya mənbəyindən bildirilib.

Paysonun və institutun əməkdaşlarının kabinetlərində axtarışlar aparılır.

 

Axtarışlar barədə informasiyanı “Roskosmos” dövlət şirkətinin mətbuat katibi Vladimir Ustimenko da təsdiq edib.

“Dövlət korporasiyasının baş direktoru Dimitri Roqozin bizim təhlükəsizlik xidmətimizə istintaq orqanlarına maksimum yardımçı olmağı tapşırıb” – Ustimenko bildirib.

İstintaq dövlətə xəyanət maddəsi ilə onlarla işçinin ünvanında sızdırılmış sənədlərin axtarışlarını həyata keçirir.

 

Sənədlər əsasən yeni hipersəs raketlərinin quruluşu və istifadə edilən texnologiya ilə bağlıdır.

Hazırda hipersəs raketlərinin hazırlanması ilə “Taktiki raket silahlanması” korporasiyası məşğul olur. Baxmayaraq ki, bu sahə dövlətə aid olmayan şirkətin səlahiyyətindədir, “Roskosmos”un tabeçiliyində olan institutun əməkdaşlarının da materialların bəzi əsaslı hissələrinə girişi olub.

 

Payson da öz növbəsində əvvəllər həmin institutda işləyib. Daha sonra isə o “Sokolov” fonduna kosmos texnologiyaları və telekommunikasiya sektorunun elmi direktoru vəzifəsinə keçib. Orada Payson kosmik fəaliyyətlərin məqsədyönlü planlaşdırılması, dövlət-özəl tərəfdaşlığı, kosmosda beynəlxalq əməkdaşlıq, kosmik fəaliyyət sahəsində texnoloji platformalar və sair fəaliyyətlə məşğul olub.

 

Mənbənin məlumatına görə, axtarışlardan bir neçə gün öncə Dmitri Paysona yeni heyətdə onun sahəsinin nəzərə alınmadığı üçün işdən çıxarıldığı bildirilib.

 

Qeyd edək ki, Rusiyanın fantastik silahları sırasında hipersəs raketləri xüsusi əhəmiyyəti ilə seçilir. Belə ki, bu raketlərdən hazırda əsas sınaqları keçirilən “Kinjal” (Xəncər) raketi səsdən 10 dəfə sürətlə hərəkət edir. Bu xüsusiyyət indiyə kimi məlum olan bütün raketdən müdafiə sistemlərini bu raket qarşısında əhəmiyyətsiz edir. Bundan əlavə bu yaxınlarda Rusiya Müdafiə Nazirliyi yeni “Avanqard” hipersəs qanadlı raketinin istehsalına başladığını elan edib. Bu yeni raket isə səsdən 20 dəfə sürətlə uça bilir. Hər iki raket nüvə başlığı ilə təchiz oluna bilir. Ən əsası isə hazırda ABŞ-ın bu silaha qarşı müdafiə vasitələri yoxdur.(Modern.az )

BIR CAVAB BURAXIN