MƏMUR UŞAQLARI ÜÇÜN BAKIDA “KEF GECƏLƏRİ” BAŞLAYIR – Gözəl modellər, ulduzlar…

0
641

Girişi 2 min dollardan başlayan bu tədbirə yalnız məmurlar və onların övladları qatıla bilər

İyunun 17-dən Bakıda milyonçular gecəsi keçirilməyə başlanır. Mərasimdə şou-biznes nümayəndələri və müxtəlif sahələrdə tanınmış simalar iştirak edəcək. Dünyanın dörd bir tərəfindən xüsusi incəliklə seçilmiş ən cəzibədar 20 model – “Billionaire Girls” da tədbirin iştirakçısı olacaqlar.
Mərasimin DC-yi dünyaca məşhur Maqnum olacaq. Tədbirin iştirakçıları arasında məşhur iş adamları, dünya ulduzları, “Formula 1” pilotları, ən gözəl modellər və digər tanınmış şəxslərə rast gəlmək mümkün olacaq.
Kübar cəmiyyətin əyləncəsi 3 gün davam edəcək. Təşkilatçıların sözlərinə görə, artıq bütün masalar rezerv olunub. Bir masanın qiyməti azı 2 min dollardır: “Bu mərasimin Formula 1-ə aidiyyəti yoxdur. Onun üçün də yarışa bileti olan adam tədbirə qatıla bilməz. Bizdə ancaq masa almaq olar. Qiymət 2 min dollardan 10 min dollara qədərdir”.
Milyonçuların gecəsində ulduz futbolçu Kriştiano Ronaldonun eks sevgilisi məşhur model İrina Şeyk də olacaq. Milyonçular klubu Formula 1 komandalarından “Benetton” və “Renault” şirkətlərinə rəhbərlik etmiş Flavio Briatore tərəfindən təsis olunub (ANS Press).Azadlıq.info-nun məlumatına görə, Azərbaycanda sosial vəziyyətin ağır olduğu, hər gün ehtiyac üzündən intiharların baş verdiyi vaxtda belə bir tədbirin keçirilməsi sosial şəbəkələrdə ciddi etiraza səbəb olub. Sosial şəbəkə istifadəçiləri bunu Azərbaycan hakimiyyətinin vətəndaşlara qarşı təhqiri kimi qiymətləndiriblər.
Bu tədbirin məmurlar üçün keçirildiyi bildirilir. Hər halda girişi 2 min dollardan başlayan bu tədbirə yalnız məmurlar və onların övladları qatıla bilər. Azərbaycanın milyonçuları məhz büdcəni talayan məmurlardır.
Onsuz da ölkədə “Formula 1″ yarışının keçirilməsinə ciddi etiraz var. Vətəndaşlar haqlı olaraq sosial vəziyyətin ağır olduğu bir dönəmdə miylonların ”Formula 1″ kimi Azərbaycan üçün lazımsız tədbirlərə xərclənməsindən narazılıq edirlər. Indi də ölkədə yoxsulluğun səviyyəsi 40-45 faiz təşkil etdiyi halda Bakıda milyonçular gecəsi keçirilir.

BIR CAVAB BURAXIN