Məhkəmə Fədayə Laçının həbs müddətini artırdı

0
348

Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının həbs müddəti uzadılıb.

F. Laçının vəkili Türkel Süleymanlı Trend-ə bildirib ki, F. Laçının həbs müddəti yanvarın 25-də başa çatırdı. Nəsimi rayon məhkəməsi istintaq orqanının təqdimatı əsasında F. Laçının barəsində seçilmiş həbs-qəti imkan tədbirinin müddətini daha 3 ay uzadıb. Həbs müddəti aprelin 25-dək uzadılıb. Vəkil bildirib ki, F. Laçın həbs müddətinin uzadılması qərarı ilə razılaşmayıb: “Nəsimi rayon məhkəməsinin qərasrından apellyasiya şikayəti vermişik. Hələlik məhkəmənin vaxtı müəyyən edilməyib”.

Xatırladaq ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

six + 1 =