Mədəniyyətdən uzaqda, sadə alətlərlə həyat xilas etmə üsulları

0
669

köyFotonun müəllifiİSTOCK

Bəzi səhiyyə işçiləri, xəstəxanadan və ən son texnologiya ilə hazırlanan sağlamlıq cihazlarından uzaq yerlərdə həyat xilas edən həll yolları tapırlar.

Tibb tarixinin ən fövqəladə xilasetmə nümunəsi kimi, 1995-ci ildə təyyarə uçuşu zamanı baş tutan hadisəni misal çəkmək olar.

Honkonqdan Londona uçmalı olan təyyarə hələ yerdə ikən, sərnişinlər arasında kiminsə həkim olub olmadığını soruşan bir elan verilir. Professor Angus Wallace da, bu təyyarədə sərnişin idi. Wallace tanınmış bir ortopedik cərrah və təcili eniş anında təyyarə oturacağında hansı vəziyyətdə oturmaq lazım olduğunu tapan adamdır.

Məftil asqı ilə əməliyyat

Təyyarə bələdçiləri onu, 39 yaşlı Paula Dixon adlı qadın sərnişinin yanına aparırlar. Dixon, hava limanına gələrkən motosikletdən yıxılıb qolunu əzmişdi. Wallace onun qolunu asır. Bir müddət sonra, Dixon nəfəs almaqda çətinlik çəkməyə başlayır və qabırğalarının qırıldığı məlum olur. Bunlardan biri ağciyər pərdəsini deşmiş və sinəsində hava yığılmasına səbəb olubmuş.

10 min km yüksəklikdə uçan təyyarədə müdaxilə edilməzsə, sərnişin ölə bilərdi. Wallace-ın əlində isə sadəcə bir nazik neştər, balaca və nazik plastik boru və yerli anesteziya üçün narkoz var idi.

Məftil asqı
Image captionTəcili yardıma ehtiyac olan vəziyyətlərdə, gündəlik əşyalara yaradıcı bir gözlə baxmaq olar.

Wallace, qadının sinəsini bir az kəsib bıçaq və çəngəl ilə yaranı açıq saxladı. Daha sonra, bir məftil asqını düzəldib konyak ilə sterilizə etdi və onun köməyi ilə borunun bir ucunu xəstənin sinəsinə yerləşdirdi. Digər ucunu isə şüşə suyun içinə batırdı. Bunlar yerində qalsın deyə, skoç lenti ilə yapışdırdı.

Beləcə, qadının sinəsində toplaşan hava, qabarcıqlar şəklində suya axıdılır və qadın rahatlaşır.

Əmziklə süni tənəffüs

Çox az imkanla möcüzələr yaratmaq məcburiyyətində qalan insanlar da var. Belə insanlardan biri də, bütün qitələrdə təcili tibbi yardımlar etmiş Kenneth Iserson-dur.

“Lazım olan vəsait yoxdursa, imtina etməmək və məsələni başqa bir şəkildə həll etməyə çalışmaq lazımdır,” o deyir.

Iserson uzun iş həyatı boyu, bir çox sadə üsul yaradaraq təcili yardım etmək məcburiyyətində qalıb. Kağız stepleri, məftil kəsən alət və vintaçan istifadə edərək Şimal Buzlu Dənizində rus dənizçilərin dişini çəkirmiş.

YolFotonun müəllifiTHİNKSTOCK
Image captionAfrikanın yararsız yolları, xəstəxana ehtiyaclarının vaxtında tədarükünün qarşısını alır.

2010-cu ildə Qananın çöllük bir bölgəsində yerləşən kiçik bir xəstəxanada işləyərkən, oraya avtomobil vurmuş üç yaşında bir qız uşağı gətirilir. Qohumları onu huşsuz halda tapıbmışlar. Iserson uşağın başından yaralandığını düşünür. Lakin, tomoqrafiya cihazı olmadığına görə, bunu müəyyənləşdirmək olmur.

Əllərində sadəcə, hava dolu plastik torba formasında, əl ilə hava verilən süni bir tənəffüs aləti var imiş. Amma, onun borusu, uşağın boynunda nəfəs borusuna uyğun şəkildə açılacaq deşik üçün böyük idi.

Buna görə də, Iserson, körpələr üçün istifadə olunan bir qida qutusunun əmziyini kəsib, boruya birləşdirərək, uşağın həyatını xilas edə bilib.

Ağrını hipnoz ilə kəsmək

Meksikadakı kəndlərdə işləyərkən, hər gün əllərində hansı vəsaitlərin olduğunu nəzərdən keçirir və olmayan vəsaitləri əvəzləyəcək başqa bir şeydən istifadə etmək məcburiyyətində qalırmış. Məsələn, anesteziya üçün adi aspirin, parasetamol və ya ibuprofen, əgər bunlar da bitibsə, tibbi duzlu su və son çarə olaraq ağrı kəsmək üçün hipnoza müraciət edərmiş.

Emmanulle Bamongo
Image captionCib telefonunun işığı ilə ilk yardım

Müharibə bölgələrində isə tibb işçilərinin işi on qat daha çətinləşir. Emmanuelle Bamongo uzun müddət Orta Afrika Respublikasında işləyib. 2012-ci ildən bu yana daxili müharibə şəraitindəki ölkələrdə xəstəxanalar az sayda və uzaq məsafələrdə olduğu kimi, çox köhnə cihazlar da mütəmadi oğurlanır, elektrik kəsilir, xəstələr ən pis məqamda xəstəxanaya getmək məcburiyyətində qalırmışlar.

Bamongo bir çox yardımlarda, ağzına tutduğu mobil telefonunun işiğından faydalanırmış. Belə anlarda işini sevərək yerinə yetirməyin, əzmli davranmağın və mütəxəssis bilgisinin vacib olduğunu söyləyir. Qaydalara agah olsanız, onların alternativini də yarada bilərsiniz.

Buzlaqlarda sınıq müalicəsi

Lakin, ən bacarıqlı tibb işçilərini belə, çıxılmaz vəziyyətə salan bölgələr də mövcuddur. Antarktikadakı Union Buzlaq düşərgəsi kimi. Çilinin ən cənub ucundan təxminən, 3500 km uzaqda yerləşən bu düşərgədən kənarda hava -49 dərəcəyə çatır.

2005-ci ildən bu yana düşərgədə həkim olan Ben Cooper, “Bu dəhşətli soyuqda plastik parçalanır, yapışqan sarğı bezlər və lentlərin yapışqanlılığı yox olur və bəzi dərmanlar donur; buraya uyğunlaşmağa məcbursunuz” deyir.

AntarktikaFotonun müəllifiİSTOCK
Image captionAntarktikadakı soyuqluq ucbatından plastik asanlıqla qırılıb dağılır.

2005-ci ildə düşərgədəki tədqiqatçılardan biri, dağa dırmanmaq üçün yeni marşrut kəşf etməyə cəhd edərkən, dərin bir yamaca yıxılır. Sinəsində bir əzələ cırılır və ayağı sınır. Cooper sınan ayağı dəstəkləmək üçün təcili tibbi yardım maşınlarında istifadə olunan bir sınıq alətini özü ilə aparır. Amma, alət, istifadə edilmədən donub parçalanır.

Bu səbəbdən, o, soba istisinin qarla örtülmüş yerə keçməsinin qarşısını alan xüsusi bir paneli kəsib istifadə edir. Xəstəni düşərgəyə aparıb, sınmış ayağı düzəldərkən Cooper, ayağı dəstəkləmək üçün konserv qutusundan faydalanır.

Yaradıcı həll yolları

Iserson ultrasəs alətinin ucuna sürtmək üçün gel tapmadıqda, qarğıdalı nişastasını su ilə qarışdıraraq işini görüb. Zambiyada yeni doğulan körpələri isti saxlamaq üçün, beşik üzərinə lampa asdığı məqamlar da olub.

Cooper İngiltərədə ikən, bir xəstəsi yarasının üzərinə çay yarpaqları basmış halda yanına gəldikdə təəccüblənir. O, Yeməndə nənəsindən bu yolu öyrəndiyini söyləyən xəstənın sarğısını bir neçə gün sonra dəyişərkən, yaranın necə təmiz qaldığını görür.

Dr Iserson
Image captionDr. Iserson Zambiyada erkən doğulan körpələri lampa ilə isidir.

2011-ci ildə isə, Oxfordshire bölgəsindən beş əsgər, bir nəfərin həyatını kredit kartı ilə xilas etmişdi. Sinəsindən bıçaqlanan adamın ağ ciyərinin çökmə təhlükəsinə görə onlar yaranı, hava girməsinin qarşısını almaq üçün kredit kartı örtüblər. Atışma bölgələrində öyrəndikləri bir üsul imiş bu.

Çətin şəraitdə öyrənilən dərslər, normal xəstəxana mühitində də işə yaraya bilər.

“London və New Yorkadkı ən böyük xəstəxanalar belə olsa, hər yerdə bəzi imkansızlıqlar baş verə bilər,” Iserson deyir. Belə hallarda, bu üsullardan istifadəyə ehtiyac yaranır.

  • Bu məqalənin orijinalını ingilis dilində BBC Future səhfəsində oxuya bilərsiniz.

BIR CAVAB BURAXIN