Lex Valensa Rusiya təyyarələrini vurmağa çağırdı!

0
331

Xarici KİV-in yaydığı məlumata görə, Polşanın sabiq prezidenti Lex Valensa NATO hərbi hissələrini təhdid edən Rusiya bombardmançı təyyarələrini vurmağa çağırış edib. Valensa bu barədə «Azadlıq Radiosu»na danışıb. Eks-prezident Amerika esminesi ilə bağlı insidenti məhz belə şərh edib («Exo Moskvı»).

Valensa deyib ki, Amerika hərbçilərinin yerində olsaydı, Rusiya təyyarələrini qanadlarından vurardı, çünki rusiyalı pilotlara ölüm arzulamır. Onun fikrincə, təyyarələrin «qanadlarından vurulması» müharibəyə gətirib çıxarmaz, nədən ki, Rusiya münaqişədə maraqlı deyil.

Eks-prezident əlavə edib ki, Kreml qorxutmaq və şantaj taktikasından istifadə edir, amma güc senarisi ona çox baha başa gələr.

Aprel ayında Pentaqon Rusiyanı, «təyyarələrinin Baltik dənizində «Donald Kuk» esminesi yaxınlığında təhləkəli «manevr»lər etməkdə» günahlandırmışdı. Hətta Su-24 bombardmançı təyyarələrinin gəmi üzərində uçuşlarının videoyazısı da dərc olunmuşdu.

Lex Valensadan əvvəl isə təhlükəli uçuşlar edən Rusiya təyyarələrinin vurulması çağırışı ilə ABŞ prezidentliyinə namizəd Donald Tramp çıxış etmişdi.

AzPolitika.info11

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

19 + 14 =