Larsdan Ermənistana buğda maşınları buraxılmır

0
607

Sentyabrın 15-dən başlayaraq Gürsüstan Gömrük xidməti Lars sərhəd-keçid məntəqəsindən Ermənistana buğda daşıyan maşınları buraxmır.

Arazinfo.com-un Mediainfo.az-a istinadən  verdiyi məlumata görə, Nəticədə sərhədin Rusiya hissəsində böyük tıxac əmələ gəlib. Məsələ ilə əlaqədar Ermənistanın müvafiq qurumları Gürcüstan rəsmiləri ilə əlaqə saxlayıblar. Gürcüstan tərəfi isə öz növbəsində baş verənlərdə “problem”in olmadığını bildirib. Qeyd edək ki, oktyabr ayının 1-dən Gürcüstan quru yolla Rusiyadan və digər yerlərdən Ermənistana buğda daşıyan maşınlara öz ərazisindən yol verməyəcək. Gürcüstan tərəfi bunu buğda daşıyan çoxtonnajlı maşınların yolları sıradan çıxarması ilə əlaqələndirib və buğdanın dəniz portu vasitəsi ilə daşınmasını  Ermənistana təklif edib. Tərəflər bu məsələdə razılığa gəliblər.  Lakin Ermənistan oktyabr ayının birinə kimi ölkəyə Rusiyadan lazım olan həcmdə buğdanın daşınması üçün tələm-tələsik yüzlərlə çoxtonnajlı maşın cəlb edib. Ermənistanın məqsədini başa düşən Gürcüstan isə öz növbəsində Larsdan Ermənistana buğda daşıyan maşınları buraxmır. Hazırda Ermənistan tərəfi vəziyyətdən çıxış yolu axtarır.

 

 

BIR CAVAB BURAXIN