Azərbaycan tarixində akademik Yaqub Mahmudovun böyük xidmətləri var.

0
551

Ötən əsrin ortalarında  SSRİ-nin, təqribən bütün xəritə fabrikləri ermənilərin əlində idi. 1972-ci ildə Yarub Mahmudov Azərbaycan Ensiklopediyasının Baş Redaktoru olmuş Rəsul Rzanın həlledici köməyi ilə Ukraynanın Kiyev şəhərinə ezam olunmuş (Azərbaycan torpaqlarında təxribata hazırlaşan ermənilər onu hər an aradan götürə bilərdilər-V.İ.) və şəxsi qabiliyyəti nəticəsində Azərbaycanın tarixi xəritələrinin hazırlanmasında mühüm yer tutmuşdu. Xəritə inhisarçıları olan ermənilərin burnunun ucunda “Azərbaycan SSR xəritələri” atlası nəşr (Azərbaycan və rus dillərində-V.İ.) olunmuşdu. Bu atlasa Azərbaycanın qədim tarixinə aid olan iki xəritə (“Azərbaycan və qonşu vilayətlər e.ə. I minillikdə” və “Azərbaycan e.ə. I-e. I əsrində”-V.İ.), orta əsrlər tarixinə aid olan 6 xəritəyə (o cümlədən Sacilər, Eldənizlər, Şirvanşahlar, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövlətləri ilə bağlı olan-V.İ.) əlavə olaraq, yeni və müasir dövrə aid olan 4 xəritə də daxil edilmişdi. Həmin atlas “Azərbaycan SSR-dən kənarda yaşayan azərbaycanlılar” adlı xəritə isə sovet dövrü üçün görünməmiş yenilik idi. Bu hadisə ensiklopediyaçıların böyük qələbəsi, həm də Azərbaycan elminin çox mühüm uğuru idi. Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ildə təkrar Azərbaycana qayıtması ilə hələ ötən əsrin 90-cı illərində dekan vəzifəsindən uzaqlaşdırılmış Yaqub Mahmudovun təkrar bu vəzifəyə bərpa edildi. O, bundan sonra dalbadal üç dəfə Universitetin tarix fakultəsinin dekanı vəzifəsinə seçildi. Y.Mahmudov 1999-cu il Yeni Azərbaycan Partiyasının I qurultayında iştirak edərək, həmin qurultayda YAP Siyasi Şurasının üzvü seçildi. Azərbaycan İntibahının müasir mərhələlərini dahi Heydər Əliyevlə bağlayan bu dahi tarixçi görkəmli şəxsiyyət olan Heydər Əliyevi “Bütün Zamanların Böyük Azərbaycanlısı” və “Böyük Azərbaycançı” adlandırmış, Heydər Əliyev şəxsiyyətinə özünün obyektiv tarixi qiymətini vermişdi. Yaqub Mahmudovun tədqiqat əsərləri yalnız respublikada deyil, xarici ölkələrdə də böyük diqqət və maraqla qarşılanır. Onun bir çox əsərləri rus, türk, ingilis, macar, Koreya və s. dillərdə dəfələrlə çap olunmuş və elmi ictimaiyyət qarşısında böyük əks-səda doğurmuşdur. Yaqub Mahmudovun dediklərindən:
“Bir zamanlar hiss edəcəklər ki, Yaqub Mahmudov adlı bir insan hələ Sovetlər dönəmində orta məktəblər üçün bir “Ata yurdu” dərsliyi yazıb. İnsan Ata yurdunu qoruyar, Ata yurduna görə qan tökər, qanını tökdurər. Gələcəkdə də çoxları başa düşəcək ki, mən “Ata yurdu” ilə nə demək istəmişəm. Mən nə səbəbə İrəvan xanlığının tarixini yazdım və yazdırtdım. Azərbaycanın tarix xəritələrini nə səbəbə buraxdırdım. Nə səbəbə bu qədər təqibləri qəbul etdim. Erməni məsələsi ilə əlaqədar itirilmiş torpaqlar nəzəriyyəsini işlədik. Ürəyimin dərinliyində də çox arzularım, planlarım var, mən bunların çoxunu açıb demirəm. Olmayan “Böyük Ermənistan” uydurması ilə erməniləri dünyanın hər yerində Türkə qarşı səfərbərlik edirlər. Nə səbəbə mənim xalqım itirilmiş torpaqlar nəzəriyyəsini işləməsin? İtirilmiş torpaqlarımız nəzəriyyəsini işləyək. O halda əsl həqiqət bilinər ki, böyük dövlət kiminki olub. Bizlər Böyük Azərbaycan səltənətinin sahibi olmuşuq. O zaman bizim xalqımız da ayılacaq. O səltənət ruhu ilə yaşayan insanlardan dilənçi, miskin, onun-bunun ətəyində yaşayan çıxmaz. Onlardan qürurlu igidlər çıxar.
Tarixini bilməyən xalq, tərcümeyi-hanı bilməyən insanlara
bənzəyir. Zatını bilməyən oğuldan da kişi çıxmaz. Xalq da tarixini biləndə qəhrəman olur. Tarixini bilməyən xalqdan Vətən qoruyan olmaz. Arzum da odur ki, elə yaşayaq ki, xalqımız tarixini bilsin. O zaman bizim xalqımız həmişə qəhrəman olacaq, heç zaman məğlub olmayacaq!”
Ulu Öndərimiz Heydər Əliyev kimi şəxsiyyət, 1994-cü ildə dünyanın ən müqəddəs yerinə, yalnız seçmə adamların ayaq basdığı yerə Kəbəyə Həcc ziyarətinə gedəndə özü ilə, misilsiz Azərbaycan tarixçisi olan Yaqub Mahmudovu da aparmışdı. Baxın, Yaqub Mikayıl oğlu Mahmudov belə dərrakəli, səviyyəli bir xalq oğludur, möhtəşəm elm xadimidir! Onun bütün arzu və istəklərinə qoşularaq Azərbaycan və Türkiyə vətəndaşlarını Bakının və eləcə də bütün Azərbaycanın erməni daşnak işğalından xilas olmasının 100 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm!!! Qarabağımızın erməni daşnak işğalından xilas olması günü yaxınlaşıb. Allah o günü də bizə qismət etsin ki, yenə də Azərbaycan və Türkiyə vətəndaşlarını ürəkdən təbrik edək!!!

Vilayəddin Quliyev

 

BIR CAVAB BURAXIN