Kriştianu Ronaldu FİFA versiyası üzrə ilin ən yaxşı futbolçusu seçilib

0
545

İspaniyanın “Real” klubunun (Madrid) portuqaliyalı hücumçusu Kriştianu Ronaldu FİFA versiyası üzrə 2017-ci ilin ən yaxşı futbolçusu seçilib.

“Report” xəbər verir ki, o, bu ad uğrunda mübarizədə Lionel Messi (“Barselona”) və Neymarı (“Barselona”/”PSJ”) qabaqlayıb.

Ronaldu bu il “Real”ın heyətində İspaniya çempionatı, Çempionlar Liqası, UEFA Superkuboku və İspaniya Superkubokunun qalibi olub. Potuqaliyalı futbolçu 13 oyuna 12 qol vurmaqla Çempionlar Liqası – 2016/17-nin ən yaxşı bombardiri hesab edilib.

BIR CAVAB BURAXIN