Kremldən Türkiyə barədə bədbin açıqlama

0
628

Türkiyə ilə problemləri bir neçə gün ərzində həll etmək mümkün olmayacaq”. ANS PRESS-in məlumatına görə, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putina göndərdiyi məktubu şərh edərkən deyib.

Rusiyadan Ərdoğanın məktubuna ilk cavab

Peskov bildirib ki,  Türkiyə prezidentinin Putinə müraciət məktubu münasibətlərin yaxşılaşdırılması üçün çox mühüm bir addımdır. Bir neçə günə hər şeyin normallaşacağını düşünmək lazım deyi, amma bu istiqamətdə iş davam edəcək.

“Amma başqa addımlarda atmaq lazımdır. Bilirsiniz ki, Rusiya tərəfi və prezident Putin çox ardıcıl mövqe tutdu. Prezident türk xalqı və Türkiyə ilə yaxşı münasibətlər saxlamaq istədiyini barədə dəfələrlə açıqlama verib. Amma zəruri şərtlər barədə də dəfələrlə demişik”.

Peskov Ərdoğan ilə Putin arasında telefon danışığının planlaşdırıldığını da təsdiqləyib. O, deyib ki, sözügedən danışıq sabah – iyunun 29-da saat 12-də (Bakı vaxtı ilə 13:00) baş tutacaq.

Onun sözlərinə görə, danışıq Rusiya tərəfinin təşəbbüsü ilə baş tutacaq.

Dmitri Peskov -Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri

Dmitri Peskov -Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə göndərdiyi məktub barədə açıqlama verib.

Ərdoğan Putinə göndərdiyi məktub barədə

“Rusiya ilə aramızda olan təyyarə böhranının aradan qaldırılması üçün addımlar atdıq. Göndərdiyim məktubda həm baş verən hadisədən təəssüfləndiyimi ifadə etdim, həm də regional iş birliyi imkanlarını xatırlatdım”.

Türkiyənin dostlarına etibarlı ölkə olduğunu həmişə sübut etdiyini deyən prezident bildirib ki, o, yaxın qonşu ilə olan münasibətləri, xüsusilə strateji sahədə atdıqları addımların inkişaf etdiriləcəyinə inanır.

“Türkiyə-Rusiya münasibətlərinin normallaşması hər iki ölkənin xeyrinə olacaq”.

Kreml sarayı

Kreml sarayı

Türkiyənin baş naziri Binali Yıldırım Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib. ANS PRESS-in məlumatına görə, o, Azərbaycanın dövlət başçısına Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasında etdiyi köməyə görə minnətdarlığını bildirib.

“Qarşılıqlı yazışmalarda Rusiya və Türkiyə arasında buzların əriməsi üçün çalışdıq. İndi başqa bir dövr başlayır. Dostlarımız artacaq, düşmənlərimiz azalacaq. Rusiya ilə münasibətlərdə önəmli addımlar atılıb. Bir müddətdir davam edən təmaslar nəticə verir. Vəziyyətin bu yerə gəlməsində bir xeyli əmək var. Özəlliklə qardaşlarımız olan Azərbaycan və Qazaxıstana, region ölkələrinin liderlərinə səyləri üçün təşəkkürlərimizi çatdırırıq”.

BIR CAVAB BURAXIN