Kreml Dağıstana daha bir rus nazir təyin etdi

0
354

Dağıstan Daxili İşlər naziri Əbdürrəşid Maqomedov istefaya göndərilib.

Rusiya mediası Maqomedovu bu vəzifədə onun müavini Sergey Karpovun əvəz etdiyini bildirib.

Maqomedov istefaya göndərilməzdən öncə 1 ay ərzində məzuniyyətdə olub. Onun vəzifəsini bu dövr ərzində müvəqqəti olaraq Karpov idarə edib.

Qeyd edək ki, Maqomedov altı il ərzində Dağıstan daxili işlər naziri kimi işləyib.

Sergey Karpov isə keçən ilin oktyabrında Dağıstan daxili işlər nazirinin müavini olub. Bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin ona general-mayor rütbəsi verib.

Karpov Dağıstana göndərilməzdən öncə Moskvada Ekstrimizmlə Mübarizə Mərkəzinin rəhbəri kimi çalışıb.

Bu, Dağıstanda mühüm vəzifəyə gətirilmiş ikinci rusdur. Bundan öncə Dağıstan rəhbəri vəzifəsinə Vladimir Vasiliyev təyin edilib. Moskvanın bu addımı Dağıstanda yaranmış klanlararası mübarizəni aradan qaldırmaq üçün atdığı təxmin edilir. Axar.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eighteen + 4 =