Kosovoda müsəlman qatili serb Oliver Ivanovic öldürülüb

0
364

Kosovonun şimalında serb siyasətçi Oliver Ivanovic güllələnərək öldürülüb. Bu haqda AzadlıqRadiosu-na (RFR/RL) Ivanovic-in vəkili məlumat verib.Etnik serb olan Ivanovic ölkənin şimalındakı Mitrovitsa şəhərinin serblərin üstünlük təşkil elədiyi şimal hissəsində ofisinin qarşısında öldürülüb.
Vəkili Nebojsa Vlajic AzadlıqRadiosu-nun Balkan xidmətinə deyib ki, siyasətçi yanvarın 16-da güllələnərək qətlə yetirilib.
Ivanovic Azadlıq, Demokratiya və Ədalət (SDP) adlı vətəndaş təşəbbüsünün prezidenti idi. 2017-ci ildə Kosovoda yerli seçkilərə bu təşəbbüsdən namizədlər qatılmışdı.
Ivanovic 2008-2012-ci illərdə Serbiya hökumətinin üzvü olub. Kosovonun 2008-ci ildə müstəqillik elan etməsinə baxmayaraq, Serbiyanın Kosovo və Metohiya üzrə Nazirliyinin dövlət katibi kimi çalışıb.
O, həmçinin 2009-cu ilədək Serbiya Sosial Demokratik Partiyasının Kosovodakı lideri olub, sonradan SDP-yə prezidentliyə başlayıb.
1998-1999-cu il Kosovo müharibəsindən öncə, Kosovo Serbiyada muxtar vilayət ikən, Ivanovic Mitrovitsada Trepka şaxtasının meneceri idi.
Kosovo məhkəməsi Ivanovic-i 1998-1999-cu il müharibəsi zamanı hərbi cinayətlər törətməkdə təqsirli bilmişdi. Amma sonradan hökm ləğv olundu və təkrar məhkəmə gedirdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

12 − seven =