Koalisiya təyyarələri məscidə bomba zərbələri endirib

0
481

Suriyada ABŞ və müttəfiqlərinin daxil olduğu beynəlxalq koalisiyaya məxsus hərbi təyyarələr  bu gün günorta saatlarında Suriyanın Deyr-əz Zor əyalətindəki As-Susa kəndindəki Əl-Osman məscidinə bomba zərbələri endiriblər.

Mediainfo.az-ın russian.rt-yə istinadən verdiyi məlumata görə, həmin vaxt məsciddə cümə namazı yenicə başa çatıbmış. Bomba zərbələri nəticəsində məscid tamamilə dağıdılıb, onlarla adam həlak olub.

Qeyd edək ki, bu gün səhər də koalisiyaya məxsus hərbi təyyarələr As-Susa kəndindəki yaşayış evlərinə bomba zərbələri endirmişdi. Nəticədə dinc sakinlər arasında ölən və yaralananlar olub.

 

 

 

BIR CAVAB BURAXIN