ABŞ başda olmaqla Suriyadakı koalisiya qüvvələri bu gün səhər Suriyanın Deyr-əz-Zor əyalətindəki as-Susa kəndinə raket-bomba zərbələri endiriblər.
Mediainfo.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bombardman nəticəsində kənd demək olar başdan-ayağa dağıdılıb. Dinc sakinlər arasında onlarla ölən və yaralanan var. Ölənlərin və yaralananların böyük əksəriyyətini uşaqlar təşkil edir. Öz növbəsində Suriyadakı Süih Mərkəzinin rəhbəri general-leytenant Vladimir Savçenkov bildirib ki, ABŞ-ın İŞİD-ə havadan və qurudan verdiyi dəstək nəticəsində terrorçular Hacin və as-Susa yaşayış məntəqələri arasındaki 20 kilometrlik əraziyə yenidən nəzarəti ələ keçiriblər.