Klintondan sərt çıxış: “Tramp Amerikanı…”

0
335

Ohayo ştatının Kolumbus şəhərində seçiciləri ilə görüşən ABŞ-ın sabiq xarici işlər naziri, prezidentliyə namizəd Hillari Klinton Respublikaçılar Partiyasının namizədi Donald Trampın iqtisadi siyasətini sərt tənqid edib.

 

Publika.az “Bloomberg”ə istinadən məlumatına görə, Klinton bildirib ki, əmlak milyarderi Trampın biznes karyerası onun prezident kürsüsünə əyləşməsi üçün kifayət deyil: “Trampın iş adamı olması səbəbindən iqtisadiyyatı yaxşı  idarə etməyə hazır olduğunu düşünə bilərsiniz. Amma görünən odur ki, o, iqtisadiyyat üçün təhlükəlidir. Donald Tramp sərvətinin önəmli hissəsini özünü iflas elan edərək və ortaqlarına fırıldaq gələrək qazanıb”.
Ölkə iqtisadiyyatının Trampın oyuncağı olmayacağını söyləyən Klinton əmlak milyarderinin dəstəklədiyi siyasətin iqtisadiyyatı yenidən resessiyaya aparacağını bəyan edib.
Klinton eyni zamanda Trampın borcları ödəmək üçün dövlət əmlakını satışa çıxarmaq ideyasını da pisləyib: “Donald Tramp milyarderlərə 3 trilyon dollarlıq, şirkətlərə 2 trilyon dollarlıq vergi endirimi vəd edir. 120 milyon işçinin əvəzinə 120 min amerikalı zənginə vergi endirimi edilməsi absurddur. Bilirik ki, ən zəngin amerikalılar və böyük şirkətlər trilyon dollarlıq vergi endiriminə möhtac deyillər”.

 

Klinton 1970-ci ildən bu yana prezidentliyə namizədlərin hamısının vergi bəyannamələrini açıqladıqlarını bildirib: “Donald Tramp prezidentliyə namizəd olacağı halda vergi bəyannamələrini media ilə paylaşacağına söz vermişdi. Ancaq indi bunu rədd edir. Özünüzə Donald Trampın niyə qorxduğu ilə bağlı sual verin. Bəlkə düşünür ki, vergi ödəmədiyi ortaya çıxar? Bəlkə də iddia etdiyi qədər zəngin olmadığı və ya dərnəklərə dediyi qədər pul bağışlamadığı barədə informasiyanı bilərik?”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 × 2 =