Kiyev Krım tatarlarına muxtariyyət verir

0
645

Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna Konstitusiyasında Krımın statusu ilə bağlı dəyişiklikləri elan edib.

 

Publika.az “İnterfaks-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı Krım tatarlarının Ukraynanın tərkibində öz müqəddəratını təyin etmə – muxtariyyətinin yaradılması hüququnu tanıyıb.

 

“Bu dəyişikliklər tam ölçüdə suveren və müstəqil Ukrayna dövlətinin tərkibində Krım tatarlarının öz müqəddəratını təyin etmə hüququna əsaslanır”, – Poroşenko Ali Radada Konstitusiya Günü münasibəti ilə çıxışında deyib.

 

Poroşenko iyunun 3-də bildirmişdi ki, Krım tatarları yarımadanın qaytarılması uğrunda mübarizədə Kiyevə kömək edəcəklər. O, əlavə edib ki, Ukrayna hakimiyyəti daha əvvəllər Krım tatarlarından qorxurdu.

BIR CAVAB BURAXIN