Kiyev Kremlin hədəflərini açıqladı: SSRİ-yə qayıtmaq, Ərdoğan vasitəsilə….

0
337

“ABŞ üzərində qələbə və Avropa Birliyinin parçalanması Kremlin əsas xarici siyasət hədəfidir”.

 

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, bunu “Pyotr Poroşenkonun Bloku” fraksiyasından Ali Radanın deputatı Vadim Denisenko deyib.

 

Parlament üzvünün sözlərinə görə, Rusiya rəhbərliyinin operativ hədəfləri Avropa Birliyi ilə Ukrayna arasında vizasız rejimə imkan verməmək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəsi ilə NATO-nun qeyri-formal sabotajını təşkil etmək və Skandinaviya ölkələrinin NATO-ya girişinin qarşısını almaqdır.

 

“Aralıq hədəf sanksiyaların ləğvidir. Ortamüddətli hədəf SSRİ-yə qayıtmaqdır”, – Denisenko əlavə edib.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

13 + two =