Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin Ukrayna və Azərbacan xalqlarını təbrik edib

0
958

Ukraynadakı Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Ukrayna xalqını, o cümlədən Ukraynada yaşayan soydaşlarımızı və dünya azərbaycanlılarını təbrik edib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, təbrikdə deyilir: Qarşıdan gələn 2020-ci il münasibəti ilə Ukrayna xalqını təbrik edir, onlara başları üzərində təmis səma, sülh və xoşbəxtlik arzu edirəm. Fürsətdən istifadə edib həmçinin Ukraynada yaşayan azərbaycanlı soydaşlarımızı, o cümlədən Azərbaycan xalqını da Yeni il münasibəti ilə təbrik edir, onlara uğurlar arzulayıram. 31dekabr həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu münasibətlə bütün dünyada yaşayan azərbaycanlıları da təbrik edir, onlara xoşbəxtlik və səadət arzulayıram.

Oxuməni.az