Kim Çendən Putinə şok məktub: “Nüvə hücumu edəcəyik”

0
598

Şimali Koreya nümayəndə heyəti Rusiya rəsmisi Valentina Matvienko və Prezident Putinə ABŞ və müttəfiqlərinə nüvə hücumu təşkil edəcəyini çatdırıb.

Kremlin sözçüsü Peskov bu mesajı çatdıracaq məktubun Şimali Koreya lideri Kim Çen İn tərəfindən Putinə göndərildiyini fərq etmədiklərini deyib.

Ancaq Rusiya Dövlət Duması sözügedən məktubun oktyabrda baş tutan Parlamentlərarası Birlik toplantısı zamanı Şimali Koreya nümayəndə heyəti tərəfindən Putinə çatdırmaq məqsədilə Rusiya rəsmilərinə verildiyini açıqlayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Asiya turnesi zamanı Şimali Koreya mövzusunda Prezident Putindən dəstək gözlədiklərini qeyd edib. Həm Şimali Koreyanın, həm də Vaşinqtonun “topu” Putinə atması diqqəti Rusiyaya çevirib.

Ötən cümə günü Putin Şimali Koreya böhranı haqqında danışarkən “dialoqla həll yolları genişlənməli, problem danışıqlar vasitəsilə həllini tapmalıdır” deyib.

Bundan başqa, Putin tərəflərə danışıq tərzlərini yumşaltmağı məsləhət görərək bildirib ki, məsələyə dair sərt üslubda danışmaq tətik rolu oynaya bilər.Teleqraf.com

BIR CAVAB BURAXIN