Kılıçdaroğludan ŞOK İTTİHAM: “Mafiya üsulları ilə…”

0
632

11

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Xalqların Demokratik Partiyasının (HDP) 11 deputatının saxlanılmasını şərh edib.

CHP sədri bunun prezident idarəçiliyininin infrastrukturunun yaradılması üçün edildiyini bildirib.

“Seçki ilə gələnlər seçki ilə getməlidir. “Seçki ilə gələnləri mafiya üsulları ilə susduracağam” deyirsinizsə, ölkəyə sülhü əsla gətirə bilməzsiniz”, – deyə Kamal Kılıçdaroğlu bildirib.

Onun sözlərinə, ağcaqanadlarla məşğul olmaq əvəzinə bataqlığı qurutmaq lazımdır: “Ağcaqanadla məşğul olmaqla terrora son qoymaq olmaz. “Mosula, Rakkaya gedəcəyik” deyirlər. Yaxşı gedin, bir sual vermək istəyirəm. Burnunuzun dibində Qəndil var, niyə bir şey etmirsiniz? Çox açıq və dəqiq söyləyirəm. Türkiyə yaxşı idarə olunmur. Əyləci sıradan çıxan yük maşını kimi aşağı gedirik. Hara getdiyimizi kimsə bilmir”.

Qeyd edək ki, dünən HDP-li 11 millət vəkili – Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, Səlahaddin Dəmirtaş, İdris Baluken, Figen Yüksəkdağ Şenoğlu, Sırrı Sürəyya Öndər, Ziya Pir, Gülsər Yıldırım və Nursel Aydoğan saxlanılıb.

Publika.az

BIR CAVAB BURAXIN