Kaliforniyadakı yanğınlarda 600 nəfər itkin düşüb

0
450

ABŞ-ın Kaliforniya ştatında baş verən yanğınlar nəticəsində 631 nəfər itkin düşüb, 63 nəfər isə ölüb.

Arazinfo.com-un verdiyi məlumata görə, bu barədə CNN telekanalı məlumat yayıb. Ölənlər və itkinlər barədə məlumatlar yanğından söndürülən ərazilərə baxış zamanı əldə edilir. Meşə yanğınları nəticəsində Paradays, Maqaliya və Konkau şəhərləri tamamilə xəritədən siliniblər.

Kaliforniyadakı son meşə yanğınları ABŞ tarixində ən dəhşətli təbii fəlakətlərdən biri hesab edilir. Belə ki, 560 kvadrat klometr ərazini əhatə edən yanğınlar ştatdakı 11.8 min evin külə dönməsinə, 52 min sakinin daimi yaşayış yerlərini tərk etməsinə yol açıb. Hazırda yanğının hələ də tam söndürülmədiyini nəzərə alsaq, onda təbii fəlakətin həcminin daha da böyüyəcəyini ehtimal etmək olar.

 

 

BIR CAVAB BURAXIN