İxrac 42 faiz azalıb – RƏSMİ RƏQƏMLƏR

0
611

Dövlət Gömrük Komitəsi yanvar-may ayı üzrə idxal və ixrac edilən əsas malların siyahısını  açıqlayıb.

 

Publika.az komitəyə istinadən xəbər verir ki, ixrac əməliyyatlarının həcmi 3 049 971.25 min dollar olub. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 42.26 % azalma deməkdir. İxrac olunan malların çeşidlərinin sayı isə 1 826 ədəd təşkil edib.

 

İdxala gəlincə, idxal əməliyyatları 3 331 437.56 min dolları olub. Yəni keçən ilin müvafiq dövrünə nisbətən 18.19 % azalıb. İdxal olunan malların çeşidlərinin sayı 6 297 ədəd təşkil edib. İxrac yanvarda 656 810.88 min dollar, fevralda 566 180.29 min dollar, martda 557 567.43 min dollar, apreldə 669 253.18 min dollar, mayda 600 159.47 min dollar olub. İdxal yanvarda 434 455.53 min dollar, fevralda 542 181.36 min dollar, martda 849 066.90 min dollar, apreldə 768 348.73min dollar, mayda 737 385.03 min dollar təşkil edib. Göründüyü kimi may ayında idxal, eləcə də ixrac azalıb. İxrac aylıq -69 093.71 min dollar, idxal -30 963.70 dollar düşüb. 281 466.31 dollarlıq mənfi saldo yaranıb.

 

Ən çox ixrac edilən məhsullar

 

Neft məhsullarının ixracı 729 455.54 ton,  təbii qaz 714 396.48 min kub metr, elektrik enerjisi 108 008.60 min kVt/saat, meyvə-tərəvəz 107 211.56 ton, çay 480.08 ton,  şəkər 35 094.97 ton, bitki və heyvan mənşəli piylər və yağlar 5 727.26 ton olub. Beləliklə 2015-ci ilin ilk 5 ayının ixracına nisbətən neft məhsullarının ixracı 58,73 faiz, təbii qaz 10,5 faiz, elektrik enerjisi 39,69 faiz, çay  65,17 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 90,71 faiz, şəkər 74,86 faiz, spirtli və spirtsiz içkilər 7,93 faiz azalıb. Əvəzində meyvə-tərəvəz ixracı müqayisə dövründə 58 faiz artıb.

 

Ən çox idxal edilən məhsullar

 

Qeyd edək ki, açıqlanan idxal məhsullarının siyahısında yeyinti məhsulları birinci sırada dayanır. Ölkəyə 5 ayda 492 952.12 min dollarlıq yeyinti məhsulu gətirilib. Ət idxalı 8 131.90 ton, süd 1 851.88 ton, kərə yağı və süddən hazırlanmış digər yağlar 6 669.82 ton, meyvə tərəvəz 186 610.35, çay 4 282.9 ton, buğda 556 594.92 ton, şəkər 123 070.39 ton, bitki və heyvan mənşəli piylər və yağlar 63 608.47 ton olub.  2015-ci ilin ilk 5 ayının idxalına nisbətən yeyinti məhsulları 3 faiz, ət 9 faiz, süd 2 faiz, kərə yağı və süddən hazırlanmış digər yağlar 128 faiz, meyvə tərəvəz 106 faiz, çay 155 faiz, şəkər 12 faiz artıb. Əvəzində buğda idxalı 43,22 faiz, tütün və tütün məmulatları 59,08 faiz azalıb.

BIR CAVAB BURAXIN