İsveçrədə Ərdoğanın agenti tutulub

0
606

 

İsveçrədə türk əsilli yol polisi əməkdaşı tutulub. “Yeniavaz.com” xarici mətbuata istinadən xəbər verir ki, tutulma səbəbi “Ərdoğan üçün agentlik” etməsidir. İddialara görə, tutulan polis əməkdaşı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müxalif olanlar haqda gizli məlumatları araşdırırmış.

Avropa mətbuatının xəbərinə görə, türk əsilli yol polisi əməkdaşı haqda açıqlama verilib. Ərazi üzrə polis idarəsinin məlumatına görə, həmin polis vəzifəsindən sui-istifadə edərək rəsmi sənədləri yoxlayırmış. Buna görə bu iş məhkəməyə verilib. Məhkəmə isə tutulması qərarını verib.

Hadisə, Ədalət və İnkişaf Partiyasına (AKP) yaxınlığıyla tanınan Avropa təşkilatı UETD üzvünün 3 il əvvəl keçirilmiş iclasda çəkilmiş şəklini paylaşandan sonra başlayıb.

Bazel şəhər polis idarəsinin komputerindəki bir neçə gizli şəkli UETD İsveçrə üzvlərinə göndərdiyi iddia edilən tutulan polis, bunları Türkiyə konsulluğuna göndərirmiş, ordan da Türkiyəyə ötürülürmüş.

BIR CAVAB BURAXIN