İspaniya Portuqaliya ilə bacara bilmədi

0
439

Rusiyada futbol üzrə keçirilən dünya çempionatında futbolsevərlər ən maraqlı bir oyunun şahidi olublar.

Arazinfo.com  saytının verdiyi xəbərər görə,  Soçidə erkən final hesab edilən son Avropa çempionu Portuqaliya iki gün əvvəl baş məşqçisini dəyişən İspaniya ilə üz-üzə gəlib. Oyun olduqca gərgin keçib. Ronaldo artıq 4-cü dəqiqədə özünə qarşı edilən kobudluğa görə ispaniyanın qapısına təyin edilən 11 metrlik cərimə zərbəsinin  dəqiq yerinə yetirərək hesabı açıb.  Çətin vəziyyətə düşən ispanlar özlərini toparlayaraq 25-ci dəqiqdə Kostanın vurduğu qolla hesabı bərabərləşdiriblər. Amma 1-ci hissənin son saniyələrində Ronaldonun qapıya vurduğu zərbə zamanı qapıçı Xea, Kariusin səhvini təkrarlayaraq səhvə yol verib və nəticədə top tora daxil olub. İkinci hissədə təşəbbüsü ələ alan ispanlar Kostanın 55-ci dəqiqədə vurduğu qolla hesabı bərabərləşdiriblər. Bundan 3 dəqiqə sonra Naço gözəl zərbə ilə ispanları hesabda irəli çıxarıb. Lakin oyunun 88-cə dəqiqəsinda Ronaldo cərimə zərbəsindən vurduğu olduqca gözəl qolla hesabı bərabərləşdirib. Bununla da Ronaldo ilk oyunda xet-trikə imza atıb. Oyun 3:3 heabı ilə də başa çatıb.

 

Dünya çempionatı

 

 

Qrup mərhələsi, I tur

 

15 iyun

 

“B” qrupu

 

 Portuqaliya – İspaniya – 3:3

 

Qollar: Ronaldo, 4 (pen.), 45, 88 – Dieqo Kosta, 25, 55, Naço, 58.

 

Soçi, “Fişt” stadionu

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 × 5 =