“Barselona” İspaniya Super Kubokunu qazanıb-video

0
532

“Sevilya” və “Barselona” klubları arasında İspaniya Super Kuboku uğrunda oyun keçirilib.

Mərakeşin Tancer şəhərində təşkil olunmuş görüşdə Kataloniya təmsilçisinin 2:1 hesabı ilə qalib gəlib. Hesabı 9-cu dəqiqədə “Sevilya”nın futbolçusu Pablo Sarabiya açsa da, 42-ci dəqiqədə Jerar Pike, 78-ci dəqiqədə isə Usman Dembele fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Beləliklə, “Barselona” tarixində 13-cü dəfə İspaniya Super Kubokunu qazanaraq, 2018-2019 mövsümünə titulla başlayıb.

Qeyd edək ki, Erneste Valverdenin baş məşqçi olduğu komanda ötən mövsüm həm çempionluq, həm də ölkə kubokunu qazanıb. Kubokun finalında “Barsa” məhz “Sevilya”nı 5:0 hesabı ilə yenib. Qaydalara əsasən, hər hansı komanda “qızıl dubl” etdikdə, Superkubok matçında finalçı ilə qarşılaşmalıdır.

Report

BIR CAVAB BURAXIN