İŞİD Suriyada koalisiya güclərinə ağır zərbələr endirib

0
522

Suriyada koalisiya gücləri tərkibində döyüşən 5 Böyük Britaniya hərbçisi həlak olub.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, Böyük Britaniyadan olan hərbçilər İŞİD-lə döyüşlər zamanı qarşı tərəfin güclü müqavimətinə rast gəlib. İŞİD-lə koalisiya gücləri arasında Suriyanın şərqindəki Əş-Şafaa qəsəbəsi ətrafında gedən şiddətli döyüşlər zamanı hər iki tərəf çoxlu sayda itki verib. Britaniyalı hərbçilərin də bu döyüşlərdə həlak olduğu bildirilir. Bundan əlavə Böyük Britaniyadan olan hərbçilər arasında yaralananların da olduğu barədə məlumatlar yayılıb.