İŞİD Suriyada əks-hücuma keçdi – Əsədə ağır zərbə

0
571

İŞİD terror təşkilatı Suriyanın Rakka vilayətində əks hücuma keçib.

 

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatından (SOHR) bildirilib.

 

İŞİD son bir gün ərzində Suriya ordusuna aid 40 əsgəri öldürüb. Hücumda vilayətin yaşayış məntəqələrindən biri terror qruplaşması tərəfindən yenidən ələ keçirilib.

 

Qeyd edək ki, Rakkanın İŞİD-dən təmizlənməsi üçün Suriya ordusu ilə yanaşı kürdlər, türkmanlar və ərəblərdən təşkil edilən “Demokratik Suriya Gücləri” əməliyyatlar həyata keçirir.

 

BIR CAVAB BURAXIN