İrqçilər məscidin üzərinə Hitlerin əksini həkk etdilər

0
381
Kanadanın paytaxtı Ottavada məscidin divarları üzərinə Adolf Hitlerin əksi və irqçi məzmunlu yazılar   həkk edilib. 
Arazinfo.com Moderator.az-a istinadən  xəbər verir ki, bu haqda yerli  “CTVNews” nəşri xəbər yayıb. Hazırda polis şəhərin qərbindəki məscidə qarşı törədilmiş cinayəti araşdırır. “Cami Ömər” məscidinə polis çərşənbə axşamı səhər tezdən çağırılıb.  Rəzil davranış bir il öncə Kvebek şəhərindəki məsciddə  törədilmiş terror qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdən  tam bir gün sonra  həyata keçirilib. Həm Ottava, həm də Kvebekdə məscidin şəhid olmuş ziyarəçiləri şərəfinə xatirə mərasimləri təşkil edilib. Sonuncu hüzn mərasimində Kanadanın baş naziri Castin Trüdo və digər rəsmi şəxslər də iştirak edib.
 Yerli  hökumətlər  məscidə terror hücumunun ildönümü  ərəfəsində icra edilmiş növbəti vandalizm hərəkətlərini hiddətlə qınayıblar.
“Mən  bizim Bell-Cornersdəki məsciddə irqçi posterlər görməkdən  çox məyus oldum. Bu qəbul edilə bilməz və biz hamımız bunu qınayırıq “, -deyə Ottava şəhər şurasının üzvü Rik Kyarelli bildirib.
“Cəmiyyətimizdə dözümsüzlük və nifrət üçün yer yoxdur”. Parlament üzvü  Liza Mak Leod isə belə deyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 − 2 =