İran Rusiya bombardmançılarını ölkədən çıxardı

0
537

Rusiya İranın Həmədan təyyarə bazasından istifadəni dayandırıb.

 

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Kasemi bildirib.

 

Onun sözlərinə görə, Suriyada terrorçulara qarşı aviazərbələrin endirilməsi üçün Həmədan bazasından istifadə indiki mərhələdə başa çatıb.

 

Qeyd edək ki, Rusiyanın Tu-22M3-ün və Su-34 bombardmançıları 15 avqustdan başlayaraq, İran Hərbi Hava Qüvvələrinin 3-cü taktik təyyarə bazasından istifadə etməyə başlayıb. Bombardmançılar bir neçə dəfə buradan qalxaraq Suriyada terrorçuların mövqelərinə zərbələr endirib.

BIR CAVAB BURAXIN