İran, müsəlmanlara arxadan zərbə endirən İrandır

0
826

Arabir oturub “tarixi-nadir” oxuyanda, əvvəllər heç vaxt ağlına belə gətirmədiyin şeylər barədə fikirləşməyə məcbur olursan. Məsələn, uzağa getmirəm, elə özümüzü – Azərbaycan türklərini götürürəm, günlər ayları, aylar illəri, illəri də əsrləri əvəz edir. Dünya dəyişişr, biz isə dəyişə bilmirik. Çünki qanımızda, hiylədən, məkrdən, başqa millətlərə nifrətdən əsər-əlamət olmayıb və yəqin ki, olmayacaq. Qədim Şərq tarixçilərinin hamısı türklər haqqında: “Onlar uşaq kimi təmiz və sadəlövh, insana asanlıqla inanan, ancaq olduqca döyüşkən bir xalqdırlar. Onlara dəyib dolaşmasan, heç vaxt səninlə işləri olmaz”-deyə yazıblar. Üstündən min illər ötsə də biz yenə dəyişməmişik, elə sadəlövh, hamıya tez inananıq. Dəyişən bir şey varsa, da o da əcdadlarımıza xas olan döyüşkənliyimizi itirməyimizdir. Arabir dəyişməməiyimizə görə peşman olsam da, qonşularımıza baxıb onların da dəyişmədiyinin şahidi olanda, özümə təsəlli verirəm. Məsələn, bizim qonşumuz İran da dəyişməyib və deyəsən heç dəyişmək fikrində də deyil. Bizimlə müqayisədə iranlılar meydanda at oynatmaqda, başqa millətlərə “xox” gəlməkdə davam edirlər.

Yaxud bu gün iranlılar biz türklərdən fərqli olaraq nüvə tədqiqatları üzərində işi davam etdirirlər. Düzgün də edirlər. Çünki İranın nüvə silahı olan dövlətlərdən nəyi əskikdir ki… Amma İranınn nüvə tədqiqatları onun qonşularından daha çox, okeanın o tayındakılarını qorxudur. Niyə? Ona görə ki, okeanın o tayındakılar nüvə silahı əldə edəcək İranlıların onların bölgəni çapıb talamasına və buranı əsarət altına olmasına mane olacağından qorxurlar. Obama Iranla nüvə sahəsində anlaşma imzaladı. Ancaq yeni prezıdent Donald Tramp bu sazişə yenidən baxacağını və onu ləğv edəcəyini bildirir. İran Rusiya ilə birgə Suriyanı xarabazara çevirdi və Qərbə meydan oxumaqda davam edır. Ona görə də mən inanmıram ki, amerikalılar onunla bacara bilsinlər. İranlılarla bacarmaq üçün Tramp gərək dönüb Makedoniyalı İsgəndər olsun. Hərçənd ki, Tramp da Makedoniyalı İsgəndər kimi özünə əsas hədəf İranı seçib. Amma Trampın Makedoniyalı İsgəndər olması üçün onun İranı diz çökdürməsi lazımdır. Buna isə inanmaq çətindir.

Yeri gəlmişkən onu da deyək ki, erməni lobbisinin çaldığına oynayan ABŞ Konqresi Türkiyədən fərqli olaraq İrana qarşı kürd kartından istifadə edə bilmir. Çünki ABŞ kürd kartından İrana qarşı istifadə etsə, iranlılar biz türklərdən fərqli olaraq dərhal yumruqlarını işə salaraq bu “məzlum” millətin başında qoz sındıracaqlar.

Yeri gəlmişkən deyək ki, İran erməni lobbisinın at oynatdığı ABŞ-dan qorxmadan Ermənistanla alış-veriş edir. Hələ illər öncə İrandan Ermənistana çəkilən qaz kəmərinin açılış mərasimində çıxış edən prezident Əhmədinejati üzünü Dağlıq Qarabağda əli yüzlərlə dinc azərbayacanlının qanına batan Koçaryana tutaraq: “Sizin sevinciniz, bizim sevincimizdir”-demişdi. Sözün düzü, eyni kokdən olan qardaşların sevinci, qəmi bir olar. Məsələn Azərbyacan və Türkiyə türklərinin liderləri analoji sözləri deyəndə bunu düzgün qəbul etmək olur. Çünkü hər iki xalq eyni kökdəndirlər. Yaxud Əhmədinejati o vaxt Koçaryana dediyi sözləri özləri ilə eyni soydan olan Tacikistanın lideri İmomali Rahmona desəydi, bəlkə də bunda qeyri-adi nə isə axtarmaq olmazdı. Amma iranlılarla ermənilərin eyni kökdən olmadığı bütün dünyaya məlumdur. Ona görə də mən bu işə mat qalmışam və son 25 ildə İranla Ermənistan arasında sıx əməkdaşlığın yarandığını görəndə: “İran elə həmin İrandır, dəyişməyib və dəyişməyəcək”-deyə fikirləşmli oluram. Amma kaş ki, biz türklər özümüzə qayıda, bir az da olsa dəyişə, yenidən ata minib atlana biləydik…

BIR CAVAB BURAXIN