İran açıqladı: 3 ölkənin əli var

0
618

İranda baş verən etiraz aksiyalarında ABŞ, İngiltərə və Səudiyyə Ərəbistanının əli var. 

Arazinfo.com teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani deyib.

O bildirib ki, onlar İranın daxili işlərinə qarışmaqla, ölkəni çökdürməyə çalışır:

“Onlar bizim onlara verəcəyimiz cavabın necə təhlükəli olduğunu yaxşı bilirlər”.

Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər İranın 40-a yaxın şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, yoxsulluğa, repressiyalara, rejimin daxili və xarici müdaxiləçi siyasətinə qarşı keçirilən etirazlarda, axund Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı ölüm şüarları səsləndirilib. Etirazl aksiyalarında baş verən toqquşmalar zamanı azı 28 nəfər həlak olub.

BIR CAVAB BURAXIN