İmperator nəvəsindən sevdiyi kişi uğrunda inanılmaz hərəkət

0
653

İmperator nəvəsindən sevdiyi kişi uğrunda inanılmaz hərəkət

Yaponiya imperatoru 83 yaşlı Akihitonun nəvəsi Mako Akisino məhəbbət naminə öz titulundan imtina edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb imperator nəvəsinin aristokrat ailəsinə mənsub olmayan adi şəxslə evlənməsidir.

Şahzadə Mako 5 il əvvəl Tokionun Ginza səmtindəki restoranlardan birində Kei Komuran adlı şəxslə tanış olub. Uzun illərdir görüşən cütlük münasibətlərini rəsmiləşdirməyə qərar verib. Mako Akisino artıq Keinin evlilik təklifinə razılıq verib. Yokohama şəhərində yaşayan K.Komuro bankda çalışır. Cütlük gələn ilə qədər evlənməyi planlaşdırır.

Qeyd etmək lazımdır ki, ölkə qanunlarına görə, imperator ailəsinin üzvü sadə vətəndaşla ailə qurduğu təqdirdə titulundan məhrum edilir. O, həmçinin gələcək taxt-tacından da imtina etmiş olur.

Şahzadə xanımı isə bu məsələlər qətiyyən narahat etmir. Onun fikrincə, sevgi üzərində qurulan ailə bütün titullardan daha vacibdir.

Aytən

BIR CAVAB BURAXIN