İllər sonra tapılan vida məktubu: “Hər zaman sənin anan olacam”

0
740

İngiltərədə  ikinci əl kitabların satıldığı mağazanın sahibi Qordon Draper dim kitablardan birinin  içindən ölümünə az qalmış bir ananın kiçik qızına yazdığı vida ktubunu tapıb.

 Qordon Draper yanına şəkil də qoyulmuş məktubu gec də olsa  öz sahibinə çatdırmaq istəyir.

Ana vida məktubunda yazır:  

“Bethany (Mənim kiçik xəzinəm)

Əgər atan sənə bu məktubu oxuyursbil ki, mən həyatımı itirmişəm və mələklərlə birlikdə yaşamaq üçün cənnətə getmişəm. Döşümdəki ağrılar artdığı üçün  əməliyyat olsam da bir xeyri olmadı.

Mən hər zaman səmadan səni izləyib, yaxşı olduğundan əmin olacağam. Əgər “Parla parla ulduz” mahnısındakı kimi parlaq bir ulduz görsən bil ki, o mənəm. Yaxşı bir qız ol və uzun, xoşbəxt bir həyat yaşa. Atan və baban sənə baxacaq, səni məktəbə  aparacaqlar.

Səni hər zaman sevəcəm. Kimsənin sənə mənim haqqımda danışmanın səhv bir şey olduğunu deməsinə icazə vermə. Ümid edirəm ki, məni heç bir zaman unutmayacaqsan. Hər zaman sənin anan olacam. Seni bol-bol qucaqlayır və öpürəm.

Əlvida.

Qeyd: Artıq Rosini sənə əmanət edirəm, sənə güvənirəmOna qarşı əsla laqeyd olma. Yaxşı?

BIR CAVAB BURAXIN