İlham Əliyev Qırğızıstandadır

0
563

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün sentyabrın 16-da Qırğız Respublikasına səfərə gəlib.

Bişkekin “Manas” Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısını Qırğızıstanın baş naziri Sooronbay Jeenbekov və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Məlumata görə, İlham Əliyev Xarici işlər nazirləri səviyyəsində görüş başa çatdıqdan sonra günün ikinci yarısında dövlət iqamətgahı olan “Ala-Arça”da keçiriləcək toplantıya qatılacaq.

Qeyd edək ki, toplantıda Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Ermənistanın dövlət başçıları da iştirak edəcək.

BIR CAVAB BURAXIN