BMU-nun əməkdaşlarının məqaləsi “Scopus” indeksli jurnalda

0
548

Bakı Mühəndislik Universiteti Dünya iqtisadiyyatı kafedrasının müdiri i.ü.f.d. Şəhriyar Muxtarov və İqtisadiyyat və idarəetmə fakültəsinin tədris işləri üzrə dekan müavini i.ü.f.d. Elsevər İbadovtərəfindən yazılan “The effectiveness of exchange rate channel in Azerbaijan: An Empirical Analysis”adlı məqalə “Banks and Bank Systems” jurnalının 2019-cu il 1-ci sayı, 14-cü buraxılışında nəşr edilib. Sözü gedən jurnal dünyanın ən nüfuzlu məlumat bazalarından biri kimi qəbul edilən “Scopus”məlumat bazasında indekslənir.

Məqalədə Azərbaycanda məzənnə kanalının effektivliyi 2001-2017-ci illərə aid rüblük statistik məlumatlardan istifadə edilərək “VAR” metodu vasitəsi ilə analiz edilmişdir. Məqalənin nəticələrinə görə, Azərbaycanda məzənnə kanalının effektiv işlədiyi ortaya çıxmışdır. Tədqiqat nəticələri əsasında, Mərkəzi bankın qiymətlərin ümumi səviyyəsinin stabil saxlanılmasında məzənnə kanalını daha aktiv bir şəkildə istifadə etməsi təklifi irəli sürülmüşdür.