İlham Əliyev “DQR” nümayəndəsinin danışıqlarda iştirakına imkan vermədi

0
492

Dağlıq Qarabağın separatçı rejiminin nümayəndəsi Vyanadakı görüşdə iştirak etmirdi, çünki bunu Azərbaycan istəmirdi. Virtualaz.org “Ermənistan xəbərləri” portalına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində hakim Respublikaçılar partiyasından Ermənistan parlamentinin deputatı Artak Davtyan deyib.

Deputat bildirib ki, erməni tərəfi Qarabağın danışıqlarda tərəflərdən biri olmasını istəyir. Lakin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş şərtlər üzündən separatçıların nümayəndəsi görüşdə iştirak etməyib.

Davtyanın sözlərinə görə, Vyanadakı görüşün baş tutması üçün Azərbaycanın mövqeyinin diqqətə alınması zəruri idi.

“Bakının mövqeyi nəzərə alınmasaydı, görüş baş tutmayacaqdı və bu əvvəlcədən bildirilmişdi”, – Davtyan əlavə edib.

 

BIR CAVAB BURAXIN