İki prezident Rusiyaya qarşı sanksiyaların əleyhinə çıxdı

0
696

11

Çexiyada rəsmi səfərdə olan Serbiya Prezidenti Tomislav Nikoliç və Çexiya Prezidenti Miloş Zeman Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının əleyhinə çıxış edib. Bu barədə hər iki ölkənin lideri Praqada səfərin yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan ediblər.
«Mən, nə qədər ki, prezidentəm, bizim kimlərəsə qarşı sanksiya tətbiq etməyimizə qarşı çıxacam» – deyə, Nikoliç bəyan edib.

Çexiya lideri belqradlı həmkarının mövqeyini dəstəkləyib və anti-Rusiya sanksiyalarının əleyhinə olduğunu qeyd edərək, onların ləğvinə çağırıb.

«Bütün böyük dövlətlərlə dostluq münasibətləri saxlamağa çalışan və sanksiya mexanizmlərinə meyl etməyən Serbiyanın mövqeyini tam başa düşürük» – deyə, Zeman da öz növbəsində, qeyd edib.

Azpolitika.info

 

BIR CAVAB BURAXIN