Hazırda Kərimovun “taxtında” kim əyləşib?

0
345

İslam Kərimovun dəfnindən sonra Özbəkistana faktiki olaraq kimin rəhbərlik etdiyi məsələsi suallar yaradır. Xüsusilə sentyabrın 6-da Kərimovla vidalaşmaq üçün Səmərqəndə gələn Rusiya prezidenti Vladimir Putini baş nazir Şövkət Mirzoyevin qarşılaması belə suallara əsas yaradır.

 

Ekspertlərə görə, Rusiya və Çinin dəstək verdiyi Özbəkistanda Kərimovdan sonra ən güclü şəxs hesab olunan Mirziyoyev faktiki olaraq ölkəyə rəhbərlik edir.
“365info.kz” saytı Özbəkistana Senatın sədri Niqmatulla Yuldaşevin rəhbərlik etdiyini yazıb.

“Lakin rəsmən ölkə daxilində bu haqda heç kim danışmır. İslam Kərimovun ölümünə görə dünya liderlərinin bütün başsağlıq məktubları Yuldaşevə ünvanlanıb. O, hazırda Kərimovun səlahiyyətlərini icra edir. Növbəti üç ay ərzində seçkilər keçirməlidir”, – deyə məlumatda bildirilir.
Niqmatulla Yuldaşev kimdir?

O, 1962-ci ilin noyabrın 5-də Daşkənddə doğulub. 1985-ci ildə Daşkənd Dövlət Universitetində hüquq üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə 1986-cı ildə Daşkəndin Almalıskı rayonunda başlayıb. Sonra Daşkəndin Yunusabad rayonunun müstəntiqi işləyib. 2000-ci ilə qədər Daşkənd prokurorluğunun böyük müstəntiqi olub.
2000-2003-cü illərdə Respublika Baş Prokurorluğunda daxili təhlükəsizliyin təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb.
2003-2006-cı illərdə Özbəkistan prezidentinin hüquq-mühafizə orqanlarına nəzarət və onların fəaliyyətinin koordinasiya edilməsi üzrə müşaviri olub.

2006-2008-ci illərdə Baş Prokurorluqda vergi və valyuta cinayətləri ilə mübarizə departamentinin müdiri işləyib.

2008-2011-ci ildə Baş prokurorun müavini olub.

2011-ci ilin 21 iyun tarixində prezidentin fərmanı ilə Özbəkistanın ədliyyə naziri olub

2015-ci ilin 22 yanvarından Özbəkistan Senatının rəhbəridir.

Publika.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

15 − 2 =